Xətai rayon sakini Ə.Fəttahpurun evində ani partlayış baş vermişdir
10.07.2015İyulun 11-də saat 23 radələrində Xətai rayonunun 8-ci dairəvi küçəsində yaşayan Əli Fəttahpurun evində döşəməyə vurulmuş boyanın buxarlanması nəticəsində ani partlayış baş vermişdir. Nəticədə evin divarları çatlamış, pəncərə şüşələri sınmış, yanıq xəsarətləri almış Ə.Fəttahpur və orada təmir işləri aparan Bakı şəhər sakini Rəhim Sadiqov xəstəxanaya yerləşdirilmişlər.
Araşdırma aparılır.