Tərtər rayonunda “VAZ-21063” markalı avtomobillə rayon sakini V.Orucov vurulmuşdur
10.07.2015İyulun 11-də saat 08 radələrində Tərtər rayonunun Seydimli kəndində Goranboy rayon sakini Altay Mehracov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən kənd sakini Vüqar Orucovu vurmuşdur. Nəticədə V.Orucov xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.