Münaqişə zəminində Maştağa qəsəbə sakini Ş.Kərimova ölümcül bıçaq xəsarəti yetirmiş həmyerlisi M.Həsənov tutulmuşdur
09.07.2015İyulun 10-da Maştağa qəsəbəsində qəsəbə sakini əvvəllər məhkum olunmuş Müseyib Həsənov münaqişə zəminində həmyerlisi Şamil Kərimova bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir. Nəticədə Ş.Kərimov hadisə yerində ölmüşdür. Sabunçu rayonu 14-cü PB-ün əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həsənov tutulmuşdur.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.