Tovuz rayonunun Qovlar şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölmüş, 8 nəfər xəsarət almışdır
09.07.2015İyulun 10-da saat 09 radələrində Tovuz rayonunun Qovlar şəhərində Füzuli rayon sakini Nadir Məmmədovun idarə etdiyi “Mercedes” və Sumqayıt şəhər sakini Mehdi Hacıyevin idarə etdiyi “Daewoo”(avtobus) markalı avtomobillər toqquşmuşdur. Nəticədə N.Məmmədov və sərnişinləri arvadı Nərmin, oğlu Aslan və qızı Əsma hadisə yerində ölmüş, M.Hacıyevin 8 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırmalar aparılır.