Gəncə şəhərində yol-nəqliyyat hadisəsi
02.05.2015Mayın 3-də saat 06.00 radələrində Gəncə şəhərində şəhər sakini Hakim Mehdiyev idarə etdiyi “VAZ-21154” markalı avtomobili yolun kənarındakı hasara vurmuşdur. Nəticədə sərnişini, həmyerlisi Məhəmməd Əzizov hadisə yerində ölmüşdür. Avtomobildə olan 600 manat, danışıq kartları, tütün məmulatı və məişət əşyaları ətrafa dağılmışdır.
Araşdırmalar zamanı qeyd edilən pul və digər əşyaların mayın 3-nə keçən gecə H.Mehdiyev və M.Əzizov tərəfindən Göygöl rayonunun Üçtəpə kəndində kənd sakini Bahar Abbasovaya məxsus mağazadan oğurlanması müəyyən edilmişdir.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.