Oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri Elçın Rəhimov və Ülvi Hacıyev tutulmuşlar
02.05.2015Suraxanı RPİ 33-cü PB və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 3-nə keçən gecə Yeni Günəşli qəsəbəsində Fuad Hüseynova məxsus “VAZ-21154” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri Elçın Rəhimov və əvvəllər məhkum olunmuş Ülvi Hacıyev tutulmuşlar. E.Rəhimovdan 0,300 qram, Ü.Hacıyevdən 0,306 qram heroin götürülmüşdür.