Sabirabad rayon sakini M.Cəfərova məxsus qoyunu oğurlamış N.Dədəkişiyev tutulmuşdur
30.04.2015Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 28-də Mehman Cəfərova məxsus 1 baş qoyunu oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Nüsrət Dədəkişiyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, həmin gün Mirilyas Tağıyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırması da müəyyən edilmişdir.