Yasamal rayonunun M.Xiyabani küçəsində yerləşən avtomobillərin təmiri sexində qısa qapanmadan yanğın baş vermişdir
30.04.2015Mayın 1-də saat 15.00 radələrində Yasamal rayonunun M.Xiyabani küçəsində yerləşən avtomobillərin təmiri sexində Bakı şəhər sakini Rövşən Dadaşova məxsus “Mercedes” markalı avtomobildə qısa qapanmadan yanğın baş vermişdir. Avtomobilin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. R.Dadaşov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdir.