Gün ərzində 95 cinayət faktı qeydə alınmışdır
29.04.2015Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınmış, onların da 50-si “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 7 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 52 nəfər tutulmuşdur.