Avtomobil qaçırmış Şuşa rayon sakini İlqar Quliyev tutulmuşdur
29.04.2015Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Vaqif Qəribova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmış Şuşa rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Quliyev tutulmuşdur. Onun avtomobildən 33 manat, maqnitofon, akkumulyator, 1 ədəd təkər, fotoaparat və sənədlər oğurlaması da müəyyən edilmişdir.