Xəzər rayonunun Zirə qəsəbəsində yol-nəqliyyat hadisəsi
29.04.2015Aprelin 30-da saat 18.00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsində qəsəbə sakini Yolağa Ağamalıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Elizadə Hüseynovanı, Gülbahar Cabbarovanı və onun qızı Nahidəni vurmuşdur. Nəticədə piyadalar xəstəxanaya yerləşdirilmiş, Nahidə orada ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.