Kürdəmir rayon sakini Rəvan Qocalı tutulmuşdur
11.04.2015Aprelin 11-də Nərimanov rayonu ərazisində naməlum şəxs Aygün Nəsrullayevaya zor tətbiq edib mobil telefonunu almağa cəhd göstərmişdir.
Hadisəni törətmiş Kürdəmir rayon sakini Rəvan Qocalı Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və 18-ci PB-yə təhvil verilmişdir. Ondan 4,244 qram tiryək götürülmüşdür.