Sumqayıt şəhərinin Təzə Kotec qəsəbə sakini Vaqif Xəlilovun həyətindəki evdə yanğın baş vermişdir
11.04.2015Aprelin 12-də saat 01 radələrində Sumqayıt şəhərinin Təzə Kotec qəsəbə sakini Vaqif Xəlilovun həyətindəki 1 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, habelə yanıq xəsarəti almış orada kirayədə yaşayan Biləsuvar rayon sakini Nurlan Hüseynli xəstəxanaya gətirilmişdir.