Sabunçu qəsəbəsində yol-nəqliyyat hadisəsi
11.04.2015Aprelin 12-də saat 23 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakinləri Qabil Ələkbərovun idarə etdiyi “İveco Otoyol” markalı 105 saylı xətt avtobusu və Vidadi Sərdarovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Nəticədə V.Sərdarov və sərnişinləri, qardaşı Etibar, İlqar Orucov və oğlu Elçin hadisə yerində ölmüşlər.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.