Oğurluq etmiş Hövsan qəsəbə sakini Rəhman Məhərrəmov saxlanılmışdır
08.04.2015DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rafiq Əsədova, Firudin Məmmədova, Elnur Əbilova, Asəf Bayramova məxsus mağazalardan və Ruslan Məmmədova məxsus aptekindən pul, noutbuk, danışıq kartları, tütün məmulatı və ərzaq məhsulları oğurlamış Hövsan qəsəbə sakini Rəhman Məhərrəmov saxlanılmışdır. Onun cari il fevral ayının 5-də itkin düşməsi də müəyyən edilmişdir.