Oğurluq etmiş Bakı şəhər sakini Pərvin Məhərrəmov tutulmuşdur
08.04.2015Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də Fərhad Tağıyevin evindən qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Pərvin Məhərrəmov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il mart ayının 25-də Rəşad Qədimovun yaşadığı Zığ qəsəbəsindəki evdən pəncərədən girmək yolu ilə 100 manat və noutbuk oğurlaması da müəyyən edilmişdir.