Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Masallı rayonunun Təklə kəndində kənd sakini İlqar Məmmədov tutulmuşdur

06.04.2015

Aprelin 3-də Masallı rayonunun Təklə kəndində kənd sakini, əvvəllər məhkum olunmuş İlqar Məmmədov həmkəndlisi Çingiz İbrahimovu hədələyərək "Opel" markalı avtomobilini almışdır. Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədov tutulmuşdur. Ondan 5,7 qram tiryək götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 5-də rayon sakini Rauf Hüseynovu da hədələyərək "VAZ-2107" markalı avtomobilini almağa cəhd göstərməsi də müəyyən edilmişdir. Faktla əlaqədar cinayət işi başlanmışdır.

06.04.2015 tarixinə olan kriminal məlumatlar