Göyçay rayonunun Potu kənd sakinləri Kamran Seyidov və Rafiq Rəhimov saxlanılmışlar
06.04.2015Cari il yanvar ayının 15-dən aprel ayının 7-dək olan müddət ərzində Göyçay rayonunun Potu kəndində rayon Qaz İstismar İdarəsinə məxsus 53 metr qaz borusu kəsilərək oğurlanmışdır. Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakinləri Kamran Seyidov və Rafiq Rəhimov saxlanılmışlar.