Soyğunçuluq etmiş İmişli rayon sakinləri Şövqi Qurbanlı, İlqar Hüseynov və Allahşükür Əzizov tutulmuşlar
05.04.2015İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də Elton Əzizovun 6 baş qoyununu soyğunçuluq yolu ilə aparmış rayon sakinləri Şövqi Qurbanlı, İlqar Hüseynov və Allahşükür Əzizov tutulmuşlar.
Hadisə zamanı A.Əzizova məxsus “VAZ-2107” markalı avtomobildən istifadə edilməsi də müəyyən edilmişdir.