Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Elmira Sultanova yerləşdirildiyi xəstəxanada ölmüşdür
05.04.2015Aprelin 5-də saat 19 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Abşeron rayon sakini Ədalət Nəbiyev idarə etdiyi “Daewoo” markalı 135 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Elmira Sultanovanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş E.Sultanova aprelin 6-da orada ölmüşdür.