Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polisə tabeçilik göstərməyən şəxsin avtomobilindən və evindən külli miqdarda narkotik və silah-sursat götürülüb

29.03.2015

Martın 30-da saat 12 radələrində Astara şəhərində Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Ayaz Hüseynov xidmətdə olarkən özünü şübhəli aparan “Kia” markalı avtomobilin sürücüsü Seymur Əliyevə yaxınlaşıb sənədlərini təqdim etməsini tələb etmişdir. Tabeçilik göstərməmiş S.Əliyev avtomobili hərəkətə gətirib A.Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdikdən sonra düşərək hadisə yerini tərk etmişdir.

A.Hüseynovun avtomobilinə baxış zamanı 250 qram heroin, evindən isə 1 kiloqram 100 qram tiryək, 20 qram həşiş, 1 qram antefamin həbi, 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng, 54 ədəd patron və 1 ədəd beşbarmaq-bıçaq aşkar edilərək götürülmüşdür.   

Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır.

29.03.2015 tarixinə olan kriminal məlumatlar