Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

"Detektiv press" qəzetinin şöbə müdiri narkotiklə yaxalandı

29.03.2015

Martın 31-də saat 05 radələrində Cəlilabad şəhəri ərazisində Bakı şəhər sakini Səbuhi Ağalarovun idarə etdiyi "Mercedes" markalı avtomobil Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomobilə baxış zamanı ümumi çəkisi 4 kiloqram narkotik vasitə - 2 kiloqram 135 qram heroin, 805 qram marixuana və 1 kiloqram 30 qram tiryək aşkar edilərək götürülmüşdür.

S.Ağalarov və onun sərnişini, Bakı şəhər sakini Xanış Qasımov tutulmuşlar.

İlkin araşdırmalarla Səbuhi Ağalarovun "Detektiv press" qəzetinin şöbə müdiri olduğu müəyyən edilmişdir.

29.03.2015 tarixinə olan kriminal məlumatlar