Samux rayon sakini Gülnarə Mirzəyevanı qətlə yetirmiş Ruslan Behbudzadə könüllü olaraq polis idarəsinə gələrək hadisəni törətməsini etiraf etmişdir
29.03.2015Martın 26-da Gəncə şəhər sakini Ruslan Behbudzadə qısqanclıq zəminində Samux rayon sakini Gülnarə Mirzəyevanı boğma yolu ilə qətlə yetirib cəsədini Daşkəsən rayonunun Xoşbulaq kəndinin meşə zolağında basdırıb.
Martın 29-da R.Behbudzadə könüllü olaraq Gəncə ŞBPİ-yə gələrək hadisəni törətməsini etiraf etmişdir.
G.Mirzəyevanın meyiti eksqumasiya edilmişdir.Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-cı maddəsi ilə cinayət işi başlanılmışdır.
Araşdırmalar aparılır.