Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi
25.03.2015Martın 25-də saat 10 radələrində Mingəçevir şəhərində şəhər sakini Elgün Hüseynovun idarə etdiyi “Otoyol”, Yevlax rayon sakinləri İmaməli Hacıyevin idarə etdiyi “QAZ-24” və İbrahim Hacılının idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşmuş, “Otoyol” markalı avtomobil aşmışdır. Nəticədə E.Hüseynovun sərnişinlərindən həmyerlisi Turan Abbasov, Ağdam rayon sakinləri Telman Qəmbərov və Asif Həsənov hadisə yerində ölmüş, digər 16 sərnişini, habelə İ.Hacılı xəstəxanaya yerləşdirilmişlər. Onlardan M.Muradovanın, R.Mustafayevin və İ.Hacılının vəziyyətləri qənaətbəxş, digərlərinə ilkin tibbi yardım göstərilmişdir.
Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.