Səbail rayonunun Salyan şossesində yol-nəqliyyat hadisəsi
25.03.2015Martın 25-də saat 19 radələrində Səbail rayonunun Salyan şossesində Bakı şəhər sakinləri Təhməz Məmmədovun idarə etdiyi "Mercedes", naməlum sürücünün idarə etdiyi "Toyota" markalı və İlqar Şahbazov idarə etdiyi "VAZ-21015" markalı avtomobillər toqquşmuşdur. İ.Şahbazov və 4 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Səbail RPİ tərəfindən araşdırma aparılır.