Gün ərzində 69 cinayət faktı qeydə alınmışdır
23.03.2015Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 69 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 21 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.