Oğurluq etdiklərinə görə tutulmuş T.Eyvazovun və O.Məmmədovun digər iki şəxslə birgə M.İsayevə məxsus mağazadan da oğurluq törətdikləri müəyyən edilmişdir
23.03.2015Martın 22-də oğurluq etdiklərinə görə tutulmuş Təbriz Eyvazovun və Orxan Məmmədovun ətrafında Bərdə RPŞ və Yevlax RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların martın 14-də Yevlax şəhər sakini Zamin Zərnəliyev və Bərdə rayon sakini Elgiz Məmmədovla birgə Mehman İsayevə məxsus mağazadan 790 manat, 3 ədəd noutbuk, ərzaq məhsulları və tütün məmulatı oğurlamaları da müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Z.Zərnəliyev və E.Məmmədov da tutulmuşlar.