Nizami rayonunun Q.Qarayev prospektində yol-nəqliyyat hadisəsi
19.03.2015Martın 17-də saat 18 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Natəvan Məmmədova vurulmuşdur. N.Məmmədovaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.