Füzuli rayonunun Fin şəhərciyində yol-nəqliyyat hadisəsi
19.03.2015Martın 19-da saat 05 radələrində Füzuli rayonunun Fin şəhərciyində müəyyən edilməmiş avtomobillə yolu keçən rayon sakini Zülfiyyə Səfiyarova vurulmuşdur. Nəticədə piyada xəstəxanaya yerləşdirilmişdir.
Füzuli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Mercedes” markalı avtomobilin sürücüsü - rayon sakini Dağbəyi Mürşüdov saxlanılmışdır.
Füzuli RPŞ tərəfindən araşdırma aparılır.