Yasamal rayonunun M.Müşfiq küçəsində yol-nəqliyyat hadisəsi
11.03.2015Martın 11-də saat 01 radələrində Yasamal rayonunun M.Müşfiq küçəsində Bakı şəhər sakini Muxtar Mehdiyev idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurmuşdur. Onun sərnişinlərindən həmyerlisi Xalid Umudov xəstəxanaya aparılarkən ölmüş, özünə və digər sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Yasamal RPİ tərəfindən araşdırma aparılır.