Siyəzən rayonunun Gilgilçay qəsəbəsində yol-nəqliyyat hadisəsi
11.03.2015Martın 11-də saat 01 radələrində Siyəzən rayonunun Gilgilçay qəsəbəsində Bakı şəhər sakini Arif Balayevin idarə etdiyi “MAN” və Yevlax rayon sakini Yaqub Səfərovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə A.Balayev hadisə yerində ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.