Binəqədi rayonunun Ə.Naxçıvani küçəsində yol-nəqliyyat hadisəsi
09.03.2015Martın 9-da saat 11 radələrində Binəqədi rayonunun Ə.Naxçıvani küçəsində Gürcüstan vətəndaşı Samirə Usubovanın idarə etdiyi “Toyota” və Bakı şəhər sakini Həsənağa Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşduqdan sonra idarəetməni itirmiş S.Usubova avtomobilini yolun kənarında dayanmış İntiqam Xəlilova məxsus “Hyundai”, Kamil Məmmədova məxsus “BMW” və Göyçay rayon sakini Seymur Vəliyevə məxsus “KİA” markalı avtomobillərə çırpmış, habelə hadisə yerinin yaxınlığından keçən Abşeron rayon sakini Şöhrət Orucovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş Ş.Orucov orada ölmüşdür.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.