Nəsimi rayonunun M.Əlizadə küçəsində yaşayan Qafar Yusifovun mənzilində yanğın baş vermişdir
09.03.2015Martın 9-da saat 03 radələrində Nəsimi rayonunun M.Əlizadə küçəsində yaşayan Qafar Yusifovun mənzilində yanğın baş vermişdir. Nəticədə ümumi sahəsi 20 kvm. olan 1 otaqlı evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra Q.Yusifovun meyiti tapılmışdır. Onun tüstüdən boğulması ehtimal olunur.