Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi

25.02.2015

Fevralın 25-də saat  19 radələrində Sabunçu qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Hüseynağa Umudov vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.

Hadisə baş verərkən eyni istiqamətdə hərəkətdə olan 4 avtomobil sürətini azaltdığından arxadan gələn Bakı şəhər sakini Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusu ilə onları vurmuşdur. Nəticədə avtomobillərdə olmuş 9 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Ford” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Fərhad Fərzəliyev tutulmuşdur.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.