Kürdəmir rayon sakinləri Şaiq Abışov və Zahir Cəbrayılov qanunsuz ov etdiklərinə görə saxlanılmışlar
25.02.2015Fevralın 25-də Zərdab rayonunun Bəyimli kəndində qanunsuz ov etdiklərinə görə Kürdəmir rayon sakinləri Şaiq Abışov və Zahir Cəbrayılov polis əməkdaşları tərəfindən saxlanılmışlar. Onlardan 2 ədəd ov tüfəng, 35 ədəd patron və 7 ədəd çol quşu götürülmüş və barələrində Azərbaycan Respublikası İXM-nin 111.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir.