Cəlilabad rayonunun Alar kəndində yol-nəqliyyat hadisəsi
23.02.2015Fevralın 23-də saat 23 radələrində Cəlilabad rayonunun Alar kəndində Masallı rayon sakinləri Elmar Əkbərovun idarə etdiyi “Forland” və Zamin Nurəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Z.Nurəliyevin sərnişinlərindən həmyerliləri Aslan İsmayılzadə, Zamin Abdullayev və Cəlal Məhərrəmov hadisə yerində ölmüş, özü və digər sərnişini, habelə E.Əkbərov xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırma aparılır.