Gəncə şəhərində “VAZ-2105” markalı avtomobillə 25-30 yaşlı kişi vurulmuşdur
23.02.2015Fevralın 23-də saat 12 radələrində Gəncə şəhərində şəhər sakini Elvin Həsənov idarə etdiyi “VAZ-2105” markalı avtomobillə yolu keçən 25-30 yaşlı kişini vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölmüşdür.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.