Suraxanı rayonunun Bülbülə qəsəbəsində “Daewoo” və “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur
23.02.2015Fevralın 23-də saat 06 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakinləri Eldar Hüseynovun idarə etdiyi “Daewoo” və Rauf Yusubovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Yusubovun sərnişini, atası Sabir xəstəxanaya aparılarkən yolda ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.