Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Balakən rayon sakinləri Urfan Hacıyev və Elmin Qasımovdan saxta pul əskinasları götürülmüşdür

10.02.2015

Fevralın 10-da saat 03 radələrində Yasamal rayonu ərazisindəki sağlamlıq mərkəzlərindən birindən Yasamal Rayon Mühafizə İdarəsinə daxil olmuş “həyəcan” siqnalı yoxlanılarkən ödəniş kimi saxta pul verməyə cəhd göstərmiş Balakən rayon sakinləri Urfan Hacıyev və Elmin Qasımov saxlanılmışlar. Onlardan 15 ədəd 20 manatlıq və 6 ədəd 5 manatlıq saxta əskinas götürülmüş və 27-ci PB-yə təhvil verilmişlər. Onların Balakən rayon sakinləri Ruslan Xəmmədov və Ceyhun Osmanovla birgə M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşadıqları evə baxış zamanı əlavə 25 ədəd 20 manatlıq, 19 ədəd 1 manatlıq saxta əskinas aşkar edilərək götürülmüşdür.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə U.Hacıyev, E.Qasımov, R.Xəmmədov və C.Osmanov da tutulmuşlar.

10.02.2015 tarixinə olan kriminal məlumatlar