Xətai rayonunun Nobel prospektində yol-nəqliyyat hadisəsi
10.02.2015Fevralın 10-da saat 07 radələrində Xətai rayonunun Nobel prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Zeynəb İsmayılova vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.