Oğurluq etdiyinə görə tutulmuş Kürdəmir rayonunun Atakişili kənd sakini Ramal Şirinovun digər cinayət əməlləri də müəyyən edilmişdir
09.02.2015Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Cəlal Mehdiyevə məxsus mağazadan 40 manat və tütün məmulatı oğurlamış Atakişili kənd sakini Ramal Şirinov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 6-da həmkəndlisi Elməddin Novruzovla birgə İbrahim Mansurova məxsus mağazadan 100 manat, ərzaq məhsulları, tütün məmulatı və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə E.Novruzov tutulmuş və ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 7-də Elşən Ağayevə məxsus “Kamaz” markalı avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.