Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yol-nəqliyyat hadisəsi
09.02.2015Fevralın 9-da saat 13 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini Visuhi Cəfərov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Zivər Feyzullayevanı və Hüseyn Mikayılovu vurmuş, nəticədə Z.Feyzullayeva hadisə yerində ölmüş, H.Mikayılov xəstəxanaya yerləşdirilmişdir.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.