Narkotik vasitə ilə tutulmuş Arzu İsgəndərovun digər cinayət əməlləri də müəyyən edilmişdir
09.02.2015Fevralın 8-də narkotik vasitə ilə tutulmuş Arzu İsgəndərovun ətrafında Sabunçu RPİ 13-cü PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvar ayının 9-na keçən gecə Bakıxanov qəsəbəsində Kəmalə Mahmudovanın evindən 1 ədəd mobil telefon və qol saatı, Bakı şəhər sakini Xalid Nəzərova məxsus mağazadan isə 60 manat oğurlaması da müəyyən edilmişdir.