Oğurluq etmiş Astara rayon sakini Mahir Əzimov tutulmuşdur
08.02.2015Fevralın 8-də NZS qəsəbəsində yerləşən çörək sexində oranın sahibi Abşeron rayon sakini Sevda Qarayevanın çantasından qızıl əşyalar oğurlanmışdır.
Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Astara rayon sakini, əvvəllər məhkum olunmuş Mahir Əzimov tutulmuşdur.