Oğurluq edərkən saxlanılmış Abşeron rayon sakini Yadigar Hacıyev və Beyləqan rayon sakini Şahin Mahmudovun digər cinayət əməlləri də müəyyən edilmişdir
08.02.2015Fevralın 8-də Binəqədi qəsəbəsində qəsəbə sakini Namiq Rəhimova məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilmişdir.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini Yadigar Hacıyev və Beyləqan rayon sakini Şahin Mahmudov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Faiq Məmmədova məsxsus mağazadan 8 manat və sərinləşdirici içki, ötən il noyabr ayının 23-də Binəqədi qəsəbə sakini Elgün Cəfərova məxsus mağazadan 80 manat, sərinləşdirici içki və tütün məmulatı oğurlamaları, Ş.Mahmudovun isə fevralın 6-na keçən gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsində Bakı şəhər sakini Faiq Camalova məxsus klinikadan qapının qıfılına açar seçmək yolu ilə 800 manat və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.