Zaqatala şəhərində yol-nəqliyyat hadisəsi
07.02.2015Fevralın 7-də saat 23 radələrində Zaqatala şəhərində rayon sakini İlkin Ömərov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə onun sərnişinləri Şamil Poladov, Camal Bağmanov və onun qardaşı Emin hadisə yerində ölmüş, özü və digər sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.