Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
07.02.2015Fevralın 7-də saat 19 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakinləri Xudaverdi Sadıqovun idarə etdiyi “Mitsubishi”, Nazim Əliyevin idarə etdiyi “Mercedes” və Bəhruz Rüstəmovun idarə etdiyi “TOFAŞ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə B.Rüstəmov hadisə yerində ölmüş, N.Əliyevin sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.