Astara rayon sakini T.Quluzadədən heroin götürülmüş, narkotik vasitəni ona satmış C.Bağırov tutulmuşdur
03.02.2015Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Turqut Quluzadədən 101,627 qram heroin götürülmüş, narkotik vasitəni ona satmış həmyerlisi, əvvəllər məhkum olunmuş Cəbrayıl Bağırov da tutulmuşdur. Ondan 16,053 qram heroin götürülmüşdür.