Fevralın 2-də Z.Rzayevə məxsus avtomobildən akkumulyator oğurlamış Bakı şəhər sakini R.Əhmədov tutulmuşdur
03.02.2015Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Zaur Rzayevə məxsus “Shacman” markalı avtomobildən akkumulyator oğurlamış Bakı şəhər sakini Razim Əhmədov tutulmuş, ondan 0,239 qram heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 8-də Faiq Əliyevə məxsus “Topaz” mərc oyunları klubundan 3 ədəd televizor və 1 ədəd kompyuter oğurlaması da müəyyən edilmişdir.