Oğurluq etmiş İmişli rayonunun Qaragüvəndikli kənd sakini Rahil Əliyev və Yardımlı rayon sakini Tahir Abbasov tutulmuşlar
31.01.2015Yanvarın 27-də İmişli rayonunun Qaragüvəndikli kəndində kənd sakini Arif Həsənova məxsus fermadan 1 baş inək oğurlanmışdır.
İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Rahil Əliyev və Yardımlı rayon sakini Tahir Abbasov tutulmuşlar.
T.Abbasovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.